Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb.


Rekord.az xəbər verir ki, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.


Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub. Ə.İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.


Atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.