
Azərbaycan atıcılarından MDB Oyunlarında daha bir medal
- 30 Sen 2025 19:20
- 42
Azərbaycanın atıcıları III MDB Oyunlarında daha bir medal qazanıblar.
Rekord.az xəbər verir ki, Mürtəza Novruzlu və Nərmin Cəfərova cütü səngər stendi üzrə qarışıq komanda yarışında üçüncü olublar.
Rusiyalı Bagrov Kirill və Akhatova Alina cütü qızıl medal, qazaxıstanlı Boqdan Konçenko və Anastassiya Prilepinadan ibarə komanda isə gümüş medal qazanıb.
Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrıb 1-də yekun vurulacaq.