
Azərbaycan atıcıları Avropa rekordu ilə finalda
- 25 İyl 2025 19:00
- 47
Şimali Makedoniyada keçirilən Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışları davam edir.
Rekord.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında Azərbaycanı təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışla yadda qalıblar.
Atıcılarımız 53 xalla final mərhələsinə vəsiqə qazanıblar.
Komanda bu nəticə ilə həm də Avropa rekordunu müəyyənləşdirib.