
Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək gimnastlarımız bəlli oldu
- 16:40
- 40
Şimali Makedoniyanın paytaxtı Skopyedəki 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
EYOF-da Leyla Məmmədzadə, Rafael Həsənov, Albina Əliyeva və Aynaz Məcidzadə mübarizə aparacaq.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.