Qadın voleybolçulardan ibarət "UNEC" klubu yeni mövsümə hazırlıqlara başlayıb. "Rekord.az" xəbər verir ki, komanda əvvəlki illərdən fərqli olaraq 2025/2026 illər mövsümündə heyətini gücləndirərək mükafatlar uğrunda mübarizə aparmağı hədəfləyir.

Belə ki, son bir neçə mövsümdə autsayder olan "UNEC"  yeni mövsümdə güclü heyətlə çıxış edəcək. Artıq komandanın baş məşqçisi də bəlli olub. Ötən mövsüm "Milli Aviasiya Akademiyası"nı çalışdırmış Giovanni Torchio universitet komandasının uğurları üçün çalışacaq. 

Qeyd edək ki, ölkəmizdə keçən ildən çalışan Torchio "Milli Aviasiya Akademiyası"nı Yüksək Liqanın pley-offuna çıxarmış, lakin sonradan qarşılıqlıq razılaşma ilə komandadan ayrılmışdı.