Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.


Bu barədə Rekord.az-a ASF-nin mətbuat xidmətindən bildirilib.


ESC-nin Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.


Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.