2-ci liqa klublarının cəzaları açıqlandı
- 14:40
- 48
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
II Liqa VIII tur
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Hypers” komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyununda “Ağdaş” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Hypers”– “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” komandasının rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununun 85-ci dəqiqəsində “Şirvan” komandasının baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Şirvan”– “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
18.10.2026-cı il tarixində II Liqada VIII turun “Kür-Araz”– “Marafon” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununda “Şəmkir” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununun 88-ci dəqiqəsində “Şəmkir” komandasının 99 nömrəli futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəmkir” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
19.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəmkir”– “Difai” oyununda “Difai” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
20.10.2026-cı il tarixində II Liqada VIII turun “Qaradağ Lökbatan” – “Dinamo” oyununun 70-ci dəqiqəsində “Dinamo” komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə təcavüzkar davranış etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 300 manat cərimə edilsin (maddə 45.1).