"Kür" Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq
- 13:40
- 39
Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda bu gün mübarizəyə başlayır.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq.