Serbiyalı Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib.


Rekord.az xəbər verir ki, bu barədə UWW-nin mətbuat xidməti məlumat yayıb.


68 yaşlı funksioner seçkidə yeganə namizəd olub.


Dünya Güləş Birliyinin Konqresi Qazaxıstanın paytaxtı Astanada keçirilir.


Xatırladaq ki, Nenad Laloviç 2014-cü ildən etibarən UWW-nin prezidenti vəzifəsində çalışır. O, 2015-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.