Azərbaycan Basketbol Liqasında 4-cü tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.


Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.


Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xalla liderdir. NTD 3 xalla yeddinci pillədə qərarlaşıb.