AMADA legioner basketbolçunu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edib.


Bu barədə Rekord.az-a agentlikdən məlumat verilib.


Javaun Markel Daniels 3 aylıq müddətə yarışlardan uzalaşdırılıb. Buna səbəb onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu olub.


Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.