"Yoxlama oyunlarında qalib gəlmək önəmlidir. Hazırlığın gedişatından ümumən razıyam".

Rekord.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”nin baş məşqçisi Dirk Şuster təlim-məşq toplanışını klub kanalına dəyərləndirərkən deyib.

Yalnız nəticəyə baxmalı olmadıqlarını deyən mütəxəssis komandanın fiziki hazırlığını yüksəltməyə çalışdığını diqqətə çatdırıb.

II Bundesliqada turnir cədvəlində 29 xalla 5-ci pillədə qərarlaşan Aue klubunun baş məşqçisi yığmamızın üzvü barədə də fikirlərini bölüşüb:

“Heyətimizdə Deniss, Qonter, Soren kimi futbolçular var. Bu futbolçularla istədiyimiz oyunu göstərə bilərik. Onlardan başqa, Kalogero və Dmitri Nazarov kimi texnikalı oyunçularımızın adını çəkmək istəyirəm. Fikrimcə, bu komanda ilə Bundesliqada yaxşı nəticə əldə edə bilərik".