Bu gün AFFA-nın hesabat-seçki konfransı keçirilir.

Rekord.az xəbər verir ki, konfransda İcraiyyə Komitəsinin yeni üzvləri də bilinib. Komitədə 12 vakant yerə 12 namizəd var idi və səsvermə açıq keçirilib.

İcraiyyə Komitəsinin yeni üzvləri belə olub: Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer: İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən, Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən, Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən;

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer: Zaur Axundov – “Keşlə” FK tərəfindən, Rauf Əliyev – “Səbail” FK tərəfindən, Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən, Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən, Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer: Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən, Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən;

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer: Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən, Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən.

AFFA prezidenti də İcraiyyə Komitəsinin üzvüdür.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu dəfə İK üzvü olmayıb. Əvəzində keçmiş güləşçi Fərid Mansurovun İK-da yer alması diqqət çəkir.