
“Zirə”nin rəqibindən qələbə
- 11:30
- 31
Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsindəki ilk matçında Sofiya ÇSKA-sı ilə üz-üzə gəlib.
Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.
Split klubu “Zirə” ilə ilk görüşə qədər daha iki yoxlama görüşü keçirəcək. Xorvatlar iyulun 4-də Sloveniyanın “Radomlje”, 2 həftə sonra isə Avstriya LASK-ı ilə üz-üzə gələcəklər.
“Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.