Azərbaycanda daha bir stadionun qapısına qıfıl vurulub.

Rekord.az xəbər verir ki, söhbət Qazax stadionundan gedir.

Stadionun tabeliyində olduğu qurum buranı futbol üçün bağlayıb. Hətta rayonun "Region Liqası"ndakı təmsilçisi "Göyəzən" də stadiona buraxılmır. Buranın təmir olunacağı, yoxsa satılacağı ilə bağlı da heç bir məlumat yoxdur.