“Şamaxı” və “Sumqayıt”ın futbolçularına ağır cəza
- 20:20
- 38
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununun 86-cı dəqiqəsində “Şamaxı-2” komandasının 66 nömrəli futbolçusu Ceyhun Bağırzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı-2” komandası 50 manat cərimə edilib.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununun 90+2-ci dəqiqəsində “Şamaxı-2” komandasının 96 nömrəli futbolçusu Nicat Qaragözlü təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Şamaxı-2” komandası 300 manat cərimə edilib.
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Şəfa-2” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Qarabağ-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Sumqayıt-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kəpəz-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 91 nömrəli futbolçusu Mirəli Hüseynov hakimin qərarına etiraza görə ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəza alıb, “Sumqayıt-2” komandası 1000 manat cərimə edilib.