Ziya Rəcəbov "Turan"ın ÇL-dəki ilk qələbəsini dəyərləndirib
- 21:37
- 33
Qadın voleybolçulardan ibarət "Turan" klubu Çempionlar Liqasında ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində baş tutan görüşdə komandamız Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.
Baş məşqçisi Ziya Rəcəbov oyundan sonra komandasının avrokuboklardakı ilk qələbəsi haqqında danışıb:
“İlk set gərgin keçdi. Rəqibi ətraflı təhlil etmişdik və təcrübəmiz öz sözünü dedi. Bəzi məqamları tam yerinə yetirə bilməsək də, cavab oyununda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Hələ heç nə bitməyib. İnanıram ki, qızlarımız Zaqrebdə də qalib gələcəklər. Komandamıza dəstək olan azarkeşlərə təşəkkür edirəm”.