“Turan” Çempionlar Liqasında ilk oyununu keçirəcək
- 11:30
- 47
"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.
"Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.