Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.


Bu barədə Rekord.az-a AMADA-dan məlumat verilib.


Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.


Sanksiya avqustun 31-dən qüvvəyə minib.