"Sabah" basketbol komandası NTD-yə qarşı matçın ikinci hissəsində yaxşı oynamayıb.


Rekord.az xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.


O, Azərbaycan Basketbol Liqasının 3-cü turunda NTD-yə qarşı keçirdikləri oyunu dəyərləndirib:


"Növbəti qələbəmizi qazandıq. Bu gün üçün işimizi başa vursaq da, görüşün ikinci hissəsində yaxşı oynamadıq. Sabahdan başlayaraq "Naxçıvan'la qarşıdakı oyuna hazırlaşacağıq. İnanıram ki, həmin matçda daha yaxşı çıxış edəcəyik".


"Sabah" - NTD qarşılaşması birincilərin 100:75 hesablı qələbəsi ilə bitib.