"Turan" Çempionlar Liqasına qələbə ilə başladı
- 20:42
- 37
Voleybolçu qadınlardan ibarət "Turan" klubu avrokuboklarda ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Tovuz komandası CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşıb.
Tovuz Olimpiya İdman Kompleksində baş tutan görüş təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk setdə rəqibini məğlub edən komandamız təşəbbüsü əldən verməyib. Növbəti hissələri də öz xeyrinə yazan Tovuz klubu meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, avrokuboklarda debüt edən "Turan" ilk qarşılaşmasında azarkeşləri sevindirib.
Qeyd edək ki, komandaların cavab oyunu oktyabrın 29-da Xorvatiyada keçiriləcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
20 oktyabr
"Turan" - "Mladost" 3:0