"Gəncə"nin FIBA Avropa Kubokundakı oyunu təxirə salındı
- 16:20
- 43
FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan "Rilski Sportist" (Bolqarıstan) - "Gəncə" oyunu təxirə salınıb.
Bu barədə Rekord.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.
C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.