UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turuna start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə 9 görüş baş tutub.


“Fənərbağça” Türkiyədə “Slaviya”nı (Praqa) sınağa çəkib. Bu matçda qalib müəyyənləşməyib. “Barselona” Fransada PSJ ilə qarşılaşıb. Oyun parislilərin qələbəsi ilə bitib. “Liverpul”, “Mançester Siti”, “Roma”, “Napoli” kimi komandalar da günü qələbə ilə başa vurublar.


UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 3-cü tur

20 oktyabr


Fənərbağça (Türkiyə) – Slaviya (Çexiya) 2:2

Sabah (Azərbaycan) – Borussiya (Dortmund, Almaniya) 1:2

PSJ (Fransa) – Barselona (İspaniya) 4:2

Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya) 4:3

Mançester Siti (İngiltərə) – AEK (Afina, Yunanıstan) 5:1

Roma (İtaliya) – Slovan (Slovakiya) 4:0

Portu (Portuqaliya) – PSV (Niderland) 0:1

Napoli (İtaliya) – Bodo Qlimt (Norveç) 4:3

Ştutqart (Almaniya) – Atletiko (İspaniya) 1:1