1-ci liqa klublarına 210 manatlıq cərimə
- 20:00
- 39
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Xankəndi” – “Şahdağ Qusar” oyununda “Xankəndi” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.
“Mingəçevir” – “Şimal” oyununda “Şimal” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Gəncəbasar” oyununda “Gəncəbasar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilib.