Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.


Təlim-məşq toplanışı oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq məqsədi daşıyıb.