Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov CEV Çempionlar Liqasının Turan” – “Mladost Zagreb” qarşılaşmasını canlı izləyib. "Rekord.az" xəbər verir ki, oyun yarışın 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilib.

Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan görüşü Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gürcüstan Voleybol Federasiyasının prezidenti David Tevzadze, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, “Turan” klubunun fəxri prezidenti Fəlah Quliyev və digər qonaqlar da tribunadan canlı izləyiblər.