"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasındakı üçüncü oyununda məğlub olub.


Rekord.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.


Əlincə stadionunda reallaşan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.


82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.


Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.