
“Zirə”nin rəqibindən növbəti qələbə
- 11:30
- 30
Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsində yerli “Radomlje” ilə üz-üzə gəlib.
Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 47-ci dəqiqədə Mikele Şeqo vurub.
Bu, Split klubunun Sloveniya toplanışı çərçivəsində ikinci qələbəsidir. “Hayduk” ilk matçında ÇSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib.
“Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.