"Zaqatala"nın gələcək taleyinə böyük ölçüdə aydınlıq gəlib.

Rekord.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi növbəti mövsümdə də I Divizionda çıxış edəcək.

Yəni bu komandanın Premyer Liqaya gətirilməsi müzakirə olunmur. Səbəb tək maliyyə ilə bağlı deyil. İş ondadır ki, "Zaqatala"nın təsisçisi AFFA-dır. Bu isə beynəlxalq futbol qaydalarına ziddir. Ona görə də Zaqatala təmsilçisinin elitaya gəlişi mümkün deyil.