Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, 1-ci turdan təxirə salınmış "Gənclər" - "Murov Az Terminal" qarşılaşması bu gün keçirilib.

AVF-nin idman zalında təşkil olunan matç"Murov Az Terminal"ın üstünlüyü ilə keçib. 3 set davam edən matçda Eldar Usubovun yetirməli quru hesablı qələbəyə seviniblər.

Yüksək Liqa

I tur (təxirə salınan oyun)

6 noyabr

   “Gənclər” - “Murov Az Terminal” 0:3 (8:25, 15:25, 17:25)