Yüksək Liqada növbəti oyunların keçiriləcəyi vaxt bəlli olub
- 15:01
- 34
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti qarşılaşmaların keçiriləcəyi tarixlər müəyyənləşib. "Rekord.az" xəbər verir ki, III turun oyunları 19, 20 və 21 noyabr tarixlərində baş tutacaq.
Bu turda iki oyun paytaxtda, digəri Gəncədə keçiriləcək. “Gənclər” komandası istirahət edəcək, “Milli Aviasiya Akademiyası” – “Abşeron” oyununun keçiriləcəyi yer və vaxt isə bəlli deyil
Qeyd edək ki, millimiz İslam Oyunlarında çıxış etdiyi üçün ölkə birinciliyinə fasilə verilmişdir. Yığmamız İslamiadada çıxışını dünən gümüş medalla başa vurub.
Yüksək Liqa (qadınlar)
III tur
19 noyabr
17:00. “UNEC” – “Azərreyl”
UNEC VK-nın idman zalı
20 noyabr
16:00. “DH Volley” – “Murov Az Terminal”
AVF-nin idman zalı
21 noyabr
18:00. “Gəncə” – “Turan”
Gəncə İdman Sarayı