Yüksək Liqada növbəti oyunlar baş tutub
- 20:31
- 36
Qadın voleybolçular arasında Azərbaycan birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 9-cu turun iki qarşılaşması baş tutub.
AVF-nin idman zalında ilk olaraq "AZERRAIL" və "Gənclər" klubları üz-üzə gəliblər. Görüş gözlənilənlərin əksinə olaraq "Gənclər"in üstünlüyü ilə başlayıb və komanda birinci seti aktivinə yazdırıb. İki aparıcı legionerlə yollarını ayıran "AZERRAIL" sonradan təşəbbüsü ələ ala bilib. Üstünlüyünü sonadək qoruyan komanda 3:1 hesabı ilə qələbə qazanıb.
Günün ikinci matçı "Abşeron" və "Gəncə" komandaları arasında olub. Gərginliyi ilə yadda qalan bu qarşılaşmanın taleyinə tay breykdə aydınlıq gəlib. "Abşeron" Gəncə təmsilçisini 3:2 hesabı ilə məğlub edib.
Yüksək Liqa
15 yanvar
IX tur
"AZERRAIL" - "Gənclər" 3:1 (20:25, 25:20, 25:13, 25:19)
"Abşeron" - "Gəncə" 3:2 (23:25, 25:17, 21:25, 25:22, 15:13)