Yüksək Liqada daha bir oyun baş tutub
- 11 Dek 2025 23:00
- 32
Voleybolçu üzrə Azərbaycan çempinatında kişilərin mübarizəsində bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 6-cı turu çərçivəsində "Ordu" və "Neftçi" klubları qarşılaşıblar.
FHN-in idman zalında təşkil olunan görüş 4 hissə davam edib. Bu matçda "Ordu" klubu 3:1 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa (kişilər)
11 dekabr
VI tur
"ORDU" - "Neftçi" 3:1 (25:22, 25:21, 18:25, 25:16)