Yüksək Liqada daha bir oyun baş tutub
- 19:57
- 30
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın VI turu çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
FHN-nin idman zalında keçirilən qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. “AZERRAIL” rəqibini 3:2 hesabı ilə məğlub edib.
Yüksək Liqa (kişilər)
10 dekabr
VI tur
“AZERRAIL” - “Murov Az Terminal” 3:2 (25:21, 25:22, 16:25, 24:26, 16:14)