Yığma komandalarımız EEVZA çempionatında iştirak edəcək
- 16:30
- 30
Voleybol üzrə 18 yaşadək (U-18) qız və oğlanlardan ibarət Azərbaycan yığma komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər. "Rekord.az" xəbər verir ki, hər iki yarış 20-23 noyabr tarixlərində baş tutacaq.
Qızlardan ibarət millimiz Gürcüstanın Telavi şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq. Yarışda Gürcüstan, Ermənistan, Ukrayna, Estoniya və Polşanın milli komandaları da iştirak edəcəklər. A qrupunda yer alan komandamız Gürcüstan və Polşa yığmaları ilə qarşılaşacaq.
Oğlanlardan ibarət millimiz isə Latviyanın Daugavpils şəhərində təşkil olunacaq çempionatda Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa yığmaları ilə birgə mübarizə aparacaq. B qrupunda yer alan komandamız Estoniya və Ukrayna yığmaları ilə üz-üzə gələcək.
Reqlamentə əsasən, noyabrın 23-də A qrupunun birincisi B qrupunun birincisi ilə (A1-B1), A qrupunun ikincisi B qrupunun ikincisi ilə (A2-B2), A qrupunun üçüncüsü isə B qrupunun üçüncüsü ilə (A3-B3) üz-üzə gələcək. “AVRO-2026”ya seçmə xarakteri daşıyan yarışın qaydalarına görə, qrup liderlərinin qarşılaşmasının (A1-B1) qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.