Yeniyetmə atletlər arasında Bakı şəhər birinciliyi keçiriləcək
- 14:40
- 29
Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə şəhər birinciliyi təşkil olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə məlumat yayıb.
Yarış qapalı məkanda, 23-24 yanvarda Bakı Atletika Mərkəzində keçiriləcək.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.