Fransanın “Tuluza” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Aston Villa”dan Lovre Kaliniçi heyətinə qatıb.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı qapıçı mövsümün sonuna qədər icarə əsasında “Tuluza”da forma geyinəcək. Xorvatiya milli komandasının da üzvü olan qapıçı, yeni klubunda 40 nömrəli formada çıxış edəcək.

2019-cu ilin yanvarından “Aston Villa”da çıxış edən Kaliniç, bu mövsüm bir qarşılaşmaya çıxıb.