Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul edəcək.


Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.


Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.


Xatırladaq ki, "Xilasedici" II təsnifat mərhələsində Portuqaliyanın "Sportinq" klubunu məğlub edib.