AÇ: Azərbaycan boksçusunun erməni rəqibi diskvalifikasiya olundu
- 14:20
- 23
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan təmsilçisi Səbuhi Əlizadənin erməni rəqibi İşxan Hovsepyan diskvalifikasiya olunub.
Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İ.Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib yarışdan diskvalifikasiya olunub.
Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.
U-23 Avropa çempionatında 39 ölkədən 276 idmançı mübarizə aparır.