Bundan sonra Bakıdakı "Record Arena"da uşaq liqalarının oyunları keçirilməyəcək.

Rekord.az xəbər verir ki, buna AFFA qadağa qoyub.

Səbəb isə həmin meydançanın yararsız olmasıdır.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə U-15 liqasının burada keçirilən bir matçının görüntüləri yayılmışdı. Həmin görüntülərdə yeniyetmə futbolçuların leysan yağışda, suyun içində yararsız meydançada oynadığı əks olunmuşdu.