Noyabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.


19–22 noyabr tarixlərində keçiriləcək dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. 


Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19–21-də baş tutacaq. Görüşlər “Judo TV” platformasında canlı yayımlanacaq.


Azərbaycan cüdoçularının ilk rəqibləri:


Qızlar

-48 kq, 1/16 final 

Nərgiz Əhmədova – Maria Valensiya (Çili)

-52 kq, 1/16 final 

Aysun Məmmədova – Rima Burihan (Kanada)

-57 kq, 1/16 final 

Xədicə Qədəşova – Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə

Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya)

-63 kq, 1/16 final 

Hanna Zaytseva – Mariam Natelauri (Gürcüstan)


Oğlanlar

-60 kq, 1/16 final 

Ayxan Mirzəzadə – Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə

-66 kq, 1/16 final 

Məhəmməd Musayev – Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə

-81 kq, 1/32 final 

Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya) 

Cəsur İbadlı – Anas Buqammaz (Küveyt)

-90 kq, 1/16 final 

Süleyman Şükürov – Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə

-90 kq, 1/32 final 

Aslan Kotsoyev – Dilşod Naşirov (Özbəkistan)

-100 kq, 1/16 final 

Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)

-100 kq, 1/32 final 

Canpolad Əliyev – İvan Harmaş (Ukrayna)

+100 kq, 1/16 final 

Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan)