"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" H qrupunun 7-ci turunda Latviyada "Riqa"nın qonağı olacaq.


Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 7 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.