UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.


Rekord.az xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.


1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.


Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.


Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.