Azərbaycanın "LANDAU Lions" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.


Rekord.az xəbər verir ki, Erhan Tokerin baş məşqçi olduğu komanda 7-ci tur çərçivəsində Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşacaq.


G qrupunun matçı Bakı İdman Sarayında saat 19:00-da start götürəcək.


Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 7 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.