"Gəncə" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti görüşünü keçirəcək.


Rekord.az xəbər verir ki, C qrupunda yer alan Murat Dikmenin komandası VII turda səfərdə Yunanıstan təmsilçisi "Kolossos"un qonağı olacaq.


Qarşılaşma Falirakidəki "Kalliteya" zalında Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycamn təmsilçisi 6 xalla sonuncu - altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.