Bakı klublarının avrokubokda növbəti sınağı
- 16:39
- 24
Sabah
voleybol üzrə avrokuboklarda iki təmsilçimiz meydana çıxacaq.
"Rekrod.az" xəbər verir ki, kişilərdən ibarət "Xilasedici" və "Ordu"
klubları avrokubokda növbəti oyunlarını keçirəcəklər.
Çempionlar
Liqasında mübarizə aparan "Xilasedici" 3-cü təsnifat mərhələsi
çərçivəsində ilk görüşünə çıxacaq. FHN idman zalında baş tutacaq
qarşılaşmada rəqib Sloveniyanın "ACH Volley Ljubljana" kollektivi
olacaq.
Çağırış Kubokunda çıxış edən "Ordu" isə 1/32
finalın cavab matçına çıxacaq. GİN-in Voleybol Mərkəzində baş tutacaq
görüşdə rəqib Norveçin "Forde" klubu olacaq. Cütün ilk matçında quru
hesabla qalib gələn təmsilçimiz doğma meydanda da qələbə qazanacağı
təqdirdə növbəti mərhələyə yüksələcək.
Qeyd edək ki, hər iki qarşılaşma 19 noyabrda saat 18:00-da start götürəcək.
19 noyabr
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (İlk oyun)
18:00
"Xilasedici"-
"ACH Volley Ljubljana"
Çağırış Kuboku
1/32 final (Cavab oyunu)
18:00
"Ordu"-
"Forde"