"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi "Kolossos"la qarşılaşıb.


Rekord.az xəbər verir ki, C qrupunun 7-ci turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub - 78:79.


Matç Falirakidəki "Kalliteya" zalında keçirilib.


Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycan təmsilçisi 8 xalla sonuncu - altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.