“Neftçi" Latviya klubuna məğlub oldu
- 23:00
- 21
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olan "ağ-qaralar" rəqibinə uduzublar - 55:96.
Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.