Gənclər və idman naziri Fərid Qayıbov "Eurosport"un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardı qəbul edib.


Bu barədə Rekord.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.


Görüş zamanı idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərovla Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də iştirak ediblər.