Lənkəranda yeni stadion tikiləcək.

Rekord.az xəbər verir ki, bu işi “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov həyata keçirəcək.

Rusiyada yaşayam iş damı bu haqda rəsmi instagram hesabında məlumat paylaşıb.

Bildirib ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yeni arena inşa etməyə hazırdır. Pərviz Hüseynov qeyd edib ki, bu addım gənc nəslin idmana, xüsusilə futbola olan həvəsini artırmaq üçün atılır.

Qeyd edək ki, Cənub təmsilçisi I Divizionda iştirakla bağlı dəfələrlə AFFA-ya müraciət ünvanlasa da, komandanın "Region Liqası"nda 3 il oynamasının vacibliyini önə sürən federasiya lənkəranlıların istəyinə "yox" cavabı vermişdi. Bundan sonra əsas komandanın fəaliyyətini dayandıran rəhbərlik bundan sonra yalnız uşaq futboluna diqqət ayıracağını və aşağı yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparacağını açıqlayıb.